...

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gələcək

Siyasət Materials 19 İyul 2023 14:20 (UTC +04:00)
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gələcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gələcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədovla ölkəmizdə rəsmi səfərdə olan Özbəkistanın Baş naziri Abdulla Aripovla görüşündə deyilib.

Qeyd edilib ki, hazırda hökumətlərin xətti ilə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinə hazırlıq işləri tam sürətlə davam edir.

Həmçinin Prezident Şavkat Mirziyoyevin cari ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin əhəmiyyəti qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti