...

Şavkat Mirziyoyev: Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir

Siyasət Materials 22 Avqust 2023 22:14 (UTC +04:00)
Şavkat Mirziyoyev: Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir

Bakı. Trend:

Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir.

Trend xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuata bəyanatda deyib.

İlk dövlət səfərini Azərbaycana etdiyini söyləyən Ş.Mirziyoyev bildirib: “Çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. Bu gün həm Özbəkistan, həm də Azərbaycan xalqı bu münasibətlərlə fəxr edir və bizim əlaqələrimizin, səfərlərimizin nəticələrini görürlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti