...

Türkiyəli nazir Zəngəzur dəhlizindən danışdı

Siyasət Materials 25 Avqust 2023 14:47 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlər tamamlanmaq üzrədir.

Trend xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada media təmsilçiləri ilə görüşü zamanı deyib.

O qeyd edib ki, Zəngəzurdan keçəcək nəqliyyat dəhlizinin Türkiyə hissəsində işlər bu il yekunlaşacaq.

"Hazırda dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində işlər tamamlanmaq üzrədir. Biz də Dilucu, İğdır və Qarsda işlər görürük və bu il yekunlaşdırmağı planlaşdırırıq. Bu, ciddi bir alternativ olacaq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti