...

Ermənilər dərk edirlər ki, halqa daralır - Elşad Həsənov

Siyasət Materials 25 Avqust 2023 14:38 (UTC +04:00)
Ermənilər dərk edirlər ki, halqa daralır - Elşad Həsənov

Bakı. Trend:

Son dövrlər Qarabağda “hakimiyyətdə” təmsil olunanlarla müxalif qüvvələr arasında ziddiyyətlər dərinləşib. Artıq Qarabağdakı ermənilər Xankəndidəki separatçıların başçısı Arayik Artunyanın istefasını tələb etdilər. Hətta bunun üçün 4 saat müzakirə apardılar və belə bir şəraitdə Arayik Artunyanın istefa verməsinin yolverilməz olduğu bildirildi.

Trend xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bir aydan artıqdır ki, Laçın koridorunda Ermənistandan gələn “humanitar yardım” orada qalırdı: “Lakin biz ilk zamandan yüklərin daha qısa yol olan Ağdam-Xankəndi yolu ilə daşınmasını bildirmişdik. Onlar isə buna etiraz edirdilər. Amma indi razılaşmağa məcburdurlar.

Ermənilər həm də dərk edirlər ki, halqa daralır. Laçın buraxılış məntəqəsinin açılmasından sonra onların Ermənistana sərbəst gediş-gəlişi, silah-sursat daşıması məsələsi qəlizşləşdi. Buna görə də Arayik Artunyan hətta öz ailəsini belə Qarabağdan çıxarıb, mal-mülkünü satışa çıxarıb. Təbii ki, bütün bunları digər ermənilər də görürlər.

Hazırda Qarabağdan köç başlayıb. Xüsusilə də Rusiya pasportu olan ermənilər ərazilərimizi tərk edirlər. Çünki artıq anlayırlar ki, Azərbaycan dövlətinə müqavimət göstərmək qüdrətində deyillər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti