Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ağılsız bəyanatlar verib. Ermənistan baş nazirinin bu bəyanatları bu ölkənin Azərbaycanla sərhəddə tez-tez təkrarlanan təxribatçı əməlləri ilə paralel olaraq Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə səbəb ola və sülhün əldə olunması üzrə səyləri boşa çıxara bilər.
Belə ki, Paşinyan vəziyyətin tənzimlənməsinə dair bütün bəyanatların "əsassız" olduğunu bildirməklə faktiki olaraq Azərbaycanla danışıqlar prosesindən çıxdığını elan edib.
Bundan başqa, guya "Dağlıq Qarabağ" adlı ərazi vahidinin mövcud olduğunu xatırlatmaqla Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair öz bəyanatlarını ləğv edib.
Lakin Paşinyan özünün "Qarabağ Ermənistandır, vəssalam" sözlərinin nə ilə nəticələndiyini, həmçinin Azərbaycanın "Qarabağ Azərbaycandır!" sözünü necə sübut etdiyini xatırlasa yaxşı olardı. Görünür, Vovayeviç Azərbaycanın "dəmir yumruğu" üçün darıxıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)