...

Türkiyə və Azərbaycan Baş Qərargah rəislərinin görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 11 Sentyabr 2023 16:42 (UTC +04:00)
Türkiyə və Azərbaycan Baş Qərargah rəislərinin görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qardaş ölkədə rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbiri ziyarət edib.

Trend MN-ə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti məzar önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib. Baş Qərargah rəisi xatirə kitabına ürək sözlərini yazıb.

Sonra general-polkovnik K.Vəliyev türkiyəli həmkarı ilə görüşüb.

Əvvəlcə təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin Baş Qərargah rəisləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.

Protokola uyğun olaraq şərəf kitabı imzalanıb.

Rəsmi qarşılanma mərasimindən sonra Baş Qərargah rəislərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Türkiyənin Baş Qərargah rəisi qonaqları salamlayaraq ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Ordu generalı M.Gürak iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.

General-polkovnik K.Vəliyev türkiyəli həmkarına dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Ölkələrimiz arasında uğurla inkişaf edən əməkdaşlığın qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı xüsusi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin fəaliyyəti barədə brifinq təqdim olunub.

xxx

15:36

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak və Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev arasında görüş baş tutub.

Trend xəbər verir ki, general Metin Gürak, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevi Baş Qərargahda rəsmi mərasimlə qarşılayıb.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaq general Kərim Vəliyev fəxri qarovul dəstəsini salamlayıb. M. Gürak və K. Vəliyev mərasimdən sonra təkbətək və heyətlərarası görüşlərdə iştirak ediblər.

Xatırladaq ki, sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə Respublikasına rəsmi səfəri başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti