...

Bakı və İrəvanla müxtəlif həll variantları üzərində işləyirik - Peskov

Siyasət Materials 15 Sentyabr 2023 14:51 (UTC +04:00)
Bakı və İrəvanla müxtəlif həll variantları üzərində işləyirik - Peskov
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Azərbaycanla Ermənistan arasında nizamlanmanın müxtəlif variantlarını hər iki tərəflə ardıcıl müzakirə edir.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiya tərəfi Bakı və İrəvanla işləməyə davam edir. Biz bunu davam etdirəcəyik. Bu yaxınlarda Rusiya tərəfinin səyləri sayəsində təşkil olunmuş humanitar yardımın birinci partiyası Qarabağa göndərilib. Biz işləməyə davam edəcəyik. Hazırda müxtəlif variantlar tərəflərlə müzakirə olunur, tərəflərlə işlənilir", - deyə Kreml nümayəndəsi bildirib.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən Ağdam-Əsgəran yolu ilə Xankəndiyə göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü 9 sentyabr 2023-cü il saat 14:30-da Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq "Samur" buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti