...

Ağdam-Xankəndi yolunun açılmasına qarşı təxribatlar iflasa uğradı - Deputat

Siyasət Materials 18 Sentyabr 2023 12:37 (UTC +04:00)
Ağdam-Xankəndi yolunun açılmasına qarşı təxribatlar iflasa uğradı - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam-Xankəndi yolunun açılması Azərbaycan dövlətinin növbəti parlaq qələbəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, Ermənistan və havadarları, erməni lobbisi, Xankəndidə qalan xunta rejminin tör-töküntüləri uzun müddətdir ki, siyasi manipulyasiya edərək Ağdam-Xankəndi yolunun açılmasına qarşı təxribatlar törədirdirlər, süni əngəllər yaradırdılar.

“Onların “blokada şou”su iflasa uğradı və Azərbaycanın qətiyyətli və siyasi mövqeyi qarşısında onlar növbəti dəfə uğursuzluğa düçar oldular. Artıq Ağdam-Xankəndi yolunun açılması ilə bağlı razılığa gəlindi və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən göndərilən yüklərin Ağdam-Xankəndi yolu ilə Xankəndiyə çatdırılması təmin olundu.

Bu, Azərbaycanın növbəti qələbəsidir və bir daha onu göstərdi ki, Azərbaycan müstəqil siyasət yürütməklə hər hansı bir dövlətin Azərbaycanın daxili işinə qarışmaq cəhdi qətiyyətlə alınacaq”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan bütün addınlarını beynəlxalq qanunların norma və prinsiplərinə uyğun atır və bir daha sübut etdi ki, ölkə ərazisində yalnız Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərmək mümkündür.

“Bu eyni zamanda Ermənistan və havadarları, erməni lobbisi, Xankəndidə qalan xunta rejminin tör-töküntüləri gördülər ki, Azərbaycana hər hansı bir təzyiq göstərmək mümkün deyil, Azərtbaycan dövlətinin dəmir siyasi iradəsi var və bu bir daha özünü Ağdam-Xankəndi yolunun açılmasında göstərdi. Bu, Azərbaycan dövlətinin növbəti parlaq qələbəsidir. Bundan sonra da hər kəs bilməlidir ki, Azərbaycan ərazilərində yalnız Azərbaycan qanunları işləyəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti