...

Ermənistanın radio-elektron müdaxiləsi insanların və hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhdiddir -XİN

Siyasət Materials 18 Sentyabr 2023 17:58 (UTC +04:00)
Ermənistanın radio-elektron müdaxiləsi insanların və hava hərəkətinin təhlükəsizliyi üçün ciddi  təhdiddir -XİN

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın suveren ərazilərində qeyri-qanuni yerləşdirilmiş radio-elektron mübarizə sistemlərindən istifadə xüsusi narahatlıq doğurur.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyilib.

"13 iyul, 24 iyul, 27 iyul, 21 avqust, 1 sentyabr tarixləri də daxil olmaqla son bir neçə ay ərzində, Azərbaycan Hava Yollarının mülki təyyarələrilə yanaşı, xarici dövlətlərin mülki təyyarələri də radio-elektron müdaxiləyə məruz qalıb. Bu müdaxilələr insanların və hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhdiddir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT), habelə Rusiya Federasiyasının sülhməramlı kontingenti bu kimi təhdid xarakterli fəaliyyətlərlə bağlı məlumatlandırılıb", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti