...

Rusiya KİV-i Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri işıqlandırır (FOTO)

Siyasət Materials 19 Sentyabr 2023 17:43 (UTC +04:00)
Rusiya KİV-i Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri işıqlandırır (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın kütləvi informasiya vasitələrində (KİV) Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistanın qanunsuz hərbi birləşmələrinə qarşı keçirilən lokal xarakterli antiterror tədbirlər geniş işıqlandırılır.

Trend xəbər verir ki, agentliklər xüsusən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin etibarlı və rəsmi bəyanatlarını dərc edirlər.

Rusiya KİV-nin xəbər lentlərində Ermənistanın hərbi obyektlərinin məhv olunduğunu əks etdirən videolar nümayiş olunur və qeyd olunur ki, Azərbaycanın silahlı qüvvələri lokal xarakterli antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin uzunmüddətli atəş nöqtələrinə, eləcə də hərbi təyinatlı obyektlərinə zərbələr endiriblər.

Redaksiyalar, həmçinin oxuculara Rusiya Xarici İşlər Nazirliyindən sitat gətirməklə Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanıdığını xatırladıb.

Rusiya KİV-i bildirib ki, Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və Bakı sülhün yeganə yolunu açıqlayıb.

Bundan başqa, vurğulanıb ki, Bakı Qarabağdakı əhalinin təxliyəsi üçün humanitar dəhlizlərin yaradıldığını bildirib. Rusiya KİV-i Azərbaycanın müdafiə naziri Zakir Həsənovun türkiyəli həmkarı ilə danışığından da yazıb.

Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti