Bakı. Trend:
Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - deyə açıqlamada bildirilir.