...

Prezident İlham Əliyev: Antiterror tədbirləri zamanı mülki əhali hədəfə alınmır

Siyasət Materials 20 Sentyabr 2023 09:13 (UTC +04:00)
Prezident İlham Əliyev: Antiterror tədbirləri zamanı mülki əhali hədəfə alınmır

Bakı. Trend:

Antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Dövlətimizin başçısı eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti