...

Baş Prokurorluq və DİN brifinq keçirib (VİDEO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 Sentyabr 2023 10:26 (UTC +04:00)
Baş Prokurorluq və DİN brifinq keçirib (VİDEO) (ƏLAVƏ OLUNUB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluq və Daxili İşlər Naizrliyinin (DİN) brifinqi keçirilib.

Trend xəbər verir ki, brifinqdə lokal antiterror tədbirləri haqqında məlumat verilib. Sosial şəbəkələrdə və digər internet resurslarında saxta məlumatların yayılmamasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti