...

Artıq Ağdam-Xankəndi yolu əsas funksional marşruta çevrilir - Deputat

Siyasət Materials 23 Sentyabr 2023 14:36 (UTC +04:00)
Artıq Ağdam-Xankəndi yolu əsas funksional marşruta çevrilir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 24 saatlıq lokal antiterror əməliyyatları ilə ərazisində qeyri-qanuni erməni silahlı dəstələrinin mövcudluğuna son qoydu və bütün suveren ərazisinə nəzarəti tam təmin etdi. Bu tədbirlər nəticəsində əldə edilən mühüm nəticələrdən biri də Ağdam-Xankəndi yolunun işə düşməsidir. Artıq Rusiya sülhməramlıların təchizatı da Azərbaycan ərazisi ilə - Ağdam-Xankəndi yolu ilə həyata keçirilir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, artıq Ağdam-Xankəndi yolu əsas funksional marşruta çevrilir.

“Belə ki, yüklər təkcə sülhməramlılar üçün deyil, həm də yerli əhali üçün humanitar yardımı əhatə edir. Azərbaycan bir müddət öncədən Ağdam-Xankəndi yolundan istifadəni təklif etsə də, Xankəndidə mövcud olan erməni separatçılar və qeyri-qanuni silahlı dəstələr bu yoldan istifadəyə imkan vermirdilər, yollarda beton maneələr düzərək, yolun istifadəsinin qarşısını alırdılar.

Məlum olduğu kimi, Azərbaycanın həyata keçirdiyi 24 saatlıq unikal antiterror tədbirləri separatçıları ağ bayraq qaldıraraq, təslim olmağa məcbur etdi və onlar tərksilah edilərək, Azərbaycan ərazilərini tərk edir.

Separatçıların ərazilərimizdən çıxarılması Ağdam-Xankəndi yolundan tam istifadə edilməsinə də şərait yaratdı. Ötən gün bu yolla Qarabağda yaşayan erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardım çatdırıldı və proses davam etməkdədir. Bu, bir daha onu göstərir ki, Azərbaycan antiterror tətbirləri nəticəsində bütün strateji hədəflərinə nail oldu. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipal mövqeyi, doğru və düşünülmüş siyasəti nəticəsində mümkün oldu”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti