...

Türkiyə XİN Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnaməni pisləyib

Siyasət Materials 5 Oktyabr 2023 21:20 (UTC +04:00)
Türkiyə XİN Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnaməni pisləyib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamentinin (AP) bu gün (5 oktyabr) qəbul etdiyi “Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana qarşı davam edən təhdidləri” adlı məcburi qüvvəyə malik olmayan qətnamə məsuliyyətsizlik, qərəz və məlumatsızlıq nümunəsidir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

"İllərdir Türkiyəyə qarşı əsassız ittiham və iddialarla dolu qərarlar verən bir qrup populist və ayrı-seçkilik salan deputatın ölkəmizi hədəf alan ritorikasına əsaslanan bu qərarı qınayırıq.

Populizm, irqçilik, islamafobiya və antiinteqrasiyanın getdikcə gücləndiyi Avropa siyasəti indiki tərkibi ilə AP-də bütün ifratları ilə özünü ifşa edir. Aİ-nin gələcəyi üçün arzumuz ondan ibarətdir ki, səlahiyyət müddəti tezliklə başa çatacaq hazırkı AP-nin Aİ-nin fundamental dəyərlərinə sadiq olan konstruktiv, əhatəli və həssas nümayəndələrdən ibarət yeni tərkibdə olmasıdır", - deyə qeyd olunub.

Bildirilib ki, Türkiyə Cənubi Qafqazda daimi sülh, sabitlik və rifahın bərqərar olması, Ermənistanla normallaşma prosesini həyata keçirmək, bu ölkə ilə Azərbaycan arasında sülh prosesinə konkret töhfə vermək, beynəlxalq hüquq normaları çərçivəsində sülhün təmin olunması üçün intensiv səylər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti