...

Prezident İlham Əliyevin yürütdüyü siyasət regiona sabitlik gətirdi - Türkiyəli general

Siyasət Materials 8 Noyabr 2023 09:09 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ordusu torpaqlarında 30 illik işğala son qoyaraq tarixə düşən bir zəfər qazandı.

Bu barədə Trend-ə açıqlamasında ehtiyatda olan türkiyəli general-mayor Özgür Tör deyib.

O qeyd edib ki, Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü bərpa etdi.

"Çox sayda şəhid və qazilərimizin canı, qanı hesabına azad olunan torpaqlarda yalnızca işğala son qoyulmadı, eyni zamanda region üçün sabitlik gətirildi. 30 ildir gözlədilən, həll edilməyən problem Azərbaycan ordusunun gücü, Prezident İlham Əliyevin qlobal, stratejik addımları, yürütdüyü siyasətlə həll edildi. Ümid edirik ki, bundan sonra da region sülh və sabitlik içərisində olar",- deyə o əlavə edib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri Ermənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti