Bakı. Trend:
Azərbaycan Aİ ilə bir sıra “Twinning” layihələri dayandırıb.
Trend bu barədə diplomatik mənbələrə istinadən xəbər verir.
Bu qərar bəzi Aİ ölkələrinin ermənipərəst və anti-Azərbaycan mövqeyi ilə bağlı verilib. O cümlədən, rəsmi Bakı Litva ilə hüquq-mühafizə, səhiyyə və sosial təminat sahəsində üç birgə layihəni dayandırıb.
Azərbaycanın bu qərarı İsveç və Yunanıstanla miqrasiya sahəsində həyata keçirilən layihələrə də təsir edib.
Polşa və Finlandiya ilə layihələr üçün bu ölkələrin balanslı mövqeyinə görə istisna edilib.