Bakı. Trend:
Bakı Təşəbbüs Qrupunun "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirdiyi konfransında fləşmob keçirilib.
Trend xəbər verir ki, Fransa müstəmləkəsindən əziyyət çəkən ölkələrin tədbirdəki nümayəndələri xəritə üzərinə öz bayraqlarını sancıblar.
Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.