...

Azərbaycanın sədrliyi sayəsində 2023-cü ildə SPECA əlavə inkişaf stimulu əldə edir - Tatyana Molçan

Siyasət Materials 24 Noyabr 2023 16:59 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın sədrliyi sayəsində 2023-cü ildə SPECA əlavə inkişaf stimulu əldə edir.

Trend cümə günü xəbər verir ki, bunu bunu BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında deyib.

"Azərbaycanın sədrliyi sayəsində 2023-cü ildə SPECA yeni stimulu əldə edir. Bunu bu yaxında SPECA-nın 25-ci ildönümünün qeyd olunmasına dair BMT Baş Assambleyasının qətnaməsi də əks etdirir", - o deyib.

Molçan qeyd edib ki, bütünlükdə SPECA regionu iqtisadiyyatın inkişafında dayanıqlı dinamika nümayiş etdirir. Təşkilat yaradıldığı vaxtdan dünya istehsalında payı təqribən 2 dəfə artıb.

UNECE-nin icraçı katibi həmçinin Orta Dəhlizin rəqəmsallaşmasının yol xəritəsinin qəbul edilməsinin əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) 25 illiyinə həsr olunan sammit keçirilir.

Hazırda SPECA-nın üzv ölkələri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

26 mart 1998-ci ildə təsis olunan SPECA BMT-nin bu ölkələrə iqtisadi inkişafda yardım göstərilməsi, əməkdaşlıq, Avropa və Asiya iqtisadiyyatına inteqrasiya üzrə xüsusi proqramı qismində çıxış edir. SPECA regional əməkdaşlıq yolu ilə daha yaxşı əldə edilə biləcək dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaq üçün subregional platforma təklif edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti