...

Azərbaycanda startapların sayı 3 dəfə artıb - Prezidentin köməkçisi

Siyasət Materials 30 Noyabr 2023 10:10 (UTC +04:00)
Azərbaycanda startapların sayı 3 dəfə artıb - Prezidentin köməkçisi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Biz innovasiyaları yaradacaq ekosistemlər üzərində işləyirik.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “InMerge Innovation Summit”ində çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, əsas məram şəxaləndirilmiş iqtisadiyyata keçidin təmin edilməsidir. Azərbaycan bu baxımdan innovasiyaların genişlənməsinə imkanlar yaradır.

“Son bir ildə Azərbaycanda startapların sayı 3 dəfə artıb. Bu da sahibkarlığın inkişafına yönəlib” - Şahmar Mövsümov əlavə edib.

Qeyd edək ki, "InMerge" İnnovasiya Sammiti 30 noyabr - 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçirilir.

Regionda innovasiyalar üzrə ən böyük sammit hesab edilən "InMerge Innovation Summit" innovasiyaları və mümkün əməkdaşlıqları müzakirə etmələri üçün regionun aparıcı şirkətləri, startaplar, eləcə də investorları bir araya gətirmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti