...

Fransa kimi ölkələr sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir - Ombudsman

Siyasət Materials 30 Noyabr 2023 10:30 (UTC +04:00)
Fransa kimi ölkələr sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir - Ombudsman
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa kimi ölkələr sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakıda “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Əfsuslar olsun ki, bu gün özünü demokratiyanın beşiyi hesab edən, lakin bunun əksinə olaraq, islamofoboya, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir.

Buna görə də hesab edirəm ki, bu gün dünyanın tərəqqipərvər ölkələri və beynəlxalq təşkilatlar hər kəsin yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər.

Qeyd edək ki, Bakıda “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfrans Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, BMT-nin Azərbaycan Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə baş tutur. Konfransda dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti