Bakı. Trend:
Azərbaycan nümayəndə heyətinin qeyri-müəyyən müddətə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırması bu təsisatın ölkəmizə qarşı yürütdüyü qərəzli siyasətə qarşı adekvat bir addım idi.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, Azərbaycan əleyhinə diskriminasiya siyasəti davam edirsə, bu halda sözügedən təsisatda normal şəraitdə fəaliyyət göstərmək mümkün deyil.
"AŞPA təkcə 44 günlük müharibədən daha sonrakı dövrdən başlayaraq və antiterror əməliyyatının zaman kəsiyindən başlayaraq Azərbaycana qarşı qərəzli siyasət yürüdüb. Ondan əvvəlki dövrlərdə də biz AŞPA -nın bu təsisatda aparıcı mövqeyə malik olan Avropa ölkələrinin, o cümlədən Almaniya və Fransanın deputat qrupunun fəaliyyəti nəticəsində ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləndiyinin şahidi oluruq", - deyə siyasi şərhçi əlavə edib.
Qeyd edəki ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.