...

Bu tələblərin pozulmasına görə cərimələr və inzibati həbs müddəti artırılır

Siyasət Materials 23 Fevral 2024 12:52 (UTC +04:00)
Bu tələblərin pozulmasına görə cərimələr və inzibati həbs müddəti artırılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələblərinin pozulmasına görə cərimələr və inzibati həbs müddəti artırılır.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında tərkibində narkotik və ya psixotrop maddələr olan dərman vasitələrinin dövriyyəsinin məhdudlaşdırılmasının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda (hazırda əlli manatdan səksən manatadək) cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə (hazırda 15 gün) inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər dörd yüz əlli manatdan yeddi yüz manatadək (hazırda dörd yüz əlli manatdan altı yüz manatadək) miqdarda, hüquqi şəxslər iki min manatdan üç min manatadək (hazırda iki min manatdan üç min manatadək) miqdarda cərimə ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti