...

Ermənistanın törətdiyi Xocalı soyqırımını pisləyirik - Türkiyə XİN

Siyasət Materials 26 Fevral 2024 09:15 (UTC +04:00)
Ermənistanın törətdiyi Xocalı soyqırımını pisləyirik - Türkiyə XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində günahsız dinc əhaliyə qarşı törətdiyi qətliamı pisləyirik.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilib.

"Həmin gün baş verən vəhşilik bəşər tarixində qara iz buraxdı. Xocalıda şəhid olan 613 qardaşımızın və həmin gün yaralanan, əsir düşən və itkin düşən bütün azərbaycanlıların ağrıları hələ də ürəyimizdədir. Xocalı faciəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk", - deyə əlavə edilib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti