...

Antalya Diplomatiya Forumu keçiriləcək - Mirzoyan da qatılacaq

Siyasət Materials 26 Fevral 2024 20:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 1-3-ü tarixlərində Türkiyədə III Antalya Diplomatiya Forumu keçiriləcək.

Trend xəbər verir ki, foruma Azərbaycandan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov, xarici işlər naziri Ceyhun Bayramov, energetika nazirinin müavini Kamal Abbasov, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Milli Məclisin deputatı Tural Gəncəliyev qatılacaq.

Foruma, həmçinin, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da qatılacaq. Onun bu məqsədlə martın 1-də Türkiyəyə səfəri gözlənilir.

Xəbər lenti

Xəbər lenti