...

Azərbaycan Çinlə birgə istehsalat bazasının yaradılmasında maraqlıdır - Hikmət Hacıyev

Siyasət Materials 26 Mart 2024 11:07 (UTC +04:00)
Azərbaycan Çinlə birgə istehsalat bazasının yaradılmasında maraqlıdır - Hikmət Hacıyev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Biz Çin şirkətləri ilə birgə Azərbaycanda istehsal bazası yaratmaq istərdik.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "Global Times"a müsahibəsində deyib.

"Hazırda biz Çindən elektrobuslar və digər avadanlıqlar alırıq. Çin şirkətləri ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda istehsal bazası yaratmaq istərdik", - o bildirib.

H.Hacıyev qeyd edib ki, davamlı inkişaf məqsədlərinə əsaslanan milli prioritetlərində rəqəmsal transformasiya Azərbaycan üçün bir nömrəli prioritetdir.

"Biz "yaşıl" iqtisadiyyata keçid proqramımızda Çini tərəfdaş kimi qəbul edirik. Biz, həmçinin, çinli dostlarımızdan Azərbaycanda bərpa olunan enerji mənbələri üçün istehsal xətlərinin quraşdırılmasını xahiş edirik. Çində elektromobil istehsalı sənayenin aparıcı sahələrindən biridir”, - deyə o vurğulayıb.

O, həmçinin, Çin şirkətlərinin Azərbaycanda daha çox olmasını arzuladıqlarını qeyd edib.

"Çin şirkətləri artıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində iştirak edirlər, lakin biz daha çoxunu gözləyirik, çünki Azərbaycan "yaşıl" inkişafa doğru gedir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti