...

Ermənistan regional sülh gündəmi ilə bağlı səmimi deyil - XİN

Siyasət Materials 27 Mart 2024 17:50 (UTC +04:00)
Ermənistan regional sülh gündəmi ilə bağlı səmimi deyil - XİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan hökumətinin maliyyələşdirdiyi təbliğat kampaniyaları bir daha Ermənistan tərəfinin regional sülh gündəmi ilə bağlı səmimi olmadığını nümayiş etdirir.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat idarəsinin rəhbəri Ayxan Hacızadə Danimarkanın keçmiş Baş naziri və NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatında yer alan iddialara münasibət bildirərkən deyib.

“Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi Avropa təsisatları da daxil olmaqla, müəyyən dar düşüncəli siyasətçilər vasitəsilə bahalı və mənasız böhtan kampaniyalarının aparılması regional sabitliyə və sülh quruculuğu səylərinə xidmət etmir. Bunun əvəzinə, Ermənistan hökuməti və erməni lobbi qrupları regionda əsl sülh gündəminin təşviqinə diqqət yetirməlidirlər”, - Ayxan Hacızadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti