...

Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişdi

Siyasət Materials 4 Aprel 2024 16:43 (UTC +04:00)
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişdi

Bakı. Trend:

Prezident İlham Əliyev “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 4.5-ci bəndində “rəisinin müşaviri (köməkçisi), baş idarə, idarə (departament, şöbə, bölmə) rəhbərləri və onların müavinləri” sözləri “aparatının rəhbəri və onun müavini, Xidmətin aparatında baş idarə, idarə (şöbə, bölmə) rəhbərləri və onların müavinləri, Xidmət rəisinin müşaviri və köməkçisi” sözləri ilə əvəz edilib.

Xəbər lenti

Xəbər lenti