...

Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı mövcud reallıqlara uyğundur - Kreml

Siyasət Materials 22 Aprel 2024 19:39 (UTC +04:00)
Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı mövcud reallıqlara uyğundur - Kreml
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.

Trend xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov "Birinci kanal"a müsahibəsində bildirib.

"Sülhməramlıların çıxarılması Ermənistanın 1991-ci ildəki Azərbaycanın sərhədlərini tanıdıqdan sonra regionda yaranmış hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və onlar üçün daha funksiya qalmayıb", - o qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Xəbər lenti

Xəbər lenti