...

Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər

Siyasət Materials 22 Aprel 2024 21:44 (UTC +04:00)
Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Moskva. Trend:

BAM-ın tikintisi Sovet İttifaqının bütün respublikalarını birləşdirib.

Trend xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.

Azərbaycan dövlətinin başçısı qeyd edib: “Bu, həqiqətən də belədir. Onu (BAM-red.) təsadüfən ümumittifaq tikintisi adlandırmırdılar. Əlbəttə, biz fəxr edirik ki, azərbaycanlı inşaatçılar, mütəxəssislər tikintidə fəal iştirak ediblər”.

Xəbər lenti

Xəbər lenti