Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 11-də Albaniya Respublikası Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Ballukunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.
Azərbaycan Hökuməti və Albaniya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən birinci iclasının əhəmiyyəti vurğulandı.
Görüşdə iki ölkə arasında əməkdaşlığın iqtisadi, ticari, energetika, sərmayə qoyuluşu, nəqliyyat, mədəniyyət, səhiyyə, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov görüşdə iştirak edib.