...

Cənubi Qafqazda tamamilə yeni əməkdaşlıq mühiti yaranıb - ŞƏRH

Siyasət Materials 24 İyul 2024 14:23 (UTC +04:00)
Cənubi Qafqazda tamamilə yeni əməkdaşlıq mühiti yaranıb - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi zəfəri nəticəsində bu gün Cənubi Qafqazda tamamilə yeni əməkdaşlıq mühiti yaranıb, regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl addımlar atılır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, artıq regionda uzun illər davam edən münaqişə həll olunub, torpaqlarımızın işğalına son qoyulub.

“Azərbaycan hər zaman regionda sülhün tərəfdarı olub və bunun üçün üzərinə düşən öhdəlikləri lazımi şəkildə yerinə yetirib. Vətən müharibəsindən sonra regionda sülh prosesinin əsasını təşkil edən prinsiplərin təşəbbüskarı məhz Azərbaycan olub.

Sülh prosesinin yekun nəticəyə çatması üçün məsuliyyət artıq Ermənistanın üzərinə düşün. Bunun üçün Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır”, - deyə deputat əlavə etməlidir.

A.Həsənova vurğulayıb ki, Azərbaycan həmçinin Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işləri həyata keçirir.

“Məlumdur ki, artıq Böyük Qayıdış proqramına start verilib, xeyli sayda keçmiş məcburi köçkünlərimiz öz doğma torpaqlarına qaytarılıblar və bundan sonra da qayıtmağa davam edəcəklər. 2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır.

Onlar üçün orada hər cür şərait yaradılıb. Zəngilanın Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsini buna misal göstərmək olar. Hazırda işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, orada ən müasir infrastrukturun qurulması, eyni zamanda mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Həmin ərazilərimizə yenidən zəngin həyat qayıdacaq, insanlarımız öz doğma yurdlarına geri dönəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş bir dövlət kimi daha güclənəcək”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, Azərbaycan bütün bu nailiyyətlərə Prezident İlham Əliyevin yorulmaz əməyi və həyata keçirdiyi doğru siyasət nəticəsində nail olub.

“Əlbəttə ki, torpaqlarımızın uzun illər ərzində işğal altında qalması fəsadsız keçməyib, xeyli sayda qurbanlarımız olub, qəhrəman oğul və qızlarımız bu yolda öz canlarından, sağlamlıqlarından keçib. Sözsüz ki, Azərbaycan xalqı və dövləti heç zaman biz heç öz qəhrəman oğul və qızlarını unutmayacaq və onları daim qəlblərində yaşadacaq, şəhid ailələri və müharibə əlilləri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti