Bakı. Trend:
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.
Trend xəbər verir , bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
İndiyə qədər 2794 müşahidəçi qeydə alınıb. Onların 1867-ii öz təşəbbüsü ilə irəli sürülüb, 569-u iki QHT tərəfindən irəli sürülüb, 126-ı isə seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün YAP tərəfindən irəli sürülən xüsusi icazə alınan müşahidəçilərdir .
ATƏT Təsisatlar və İnsan Hüquqları Bürosunun isə 11 beynəlxalq müşahidəçisi qeydə alınıb.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.