...

MSK sədri parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayını AÇIQLADI

Siyasət Materials 1 Avqust 2024 16:43 (UTC +04:00)
MSK sədri parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayını AÇIQLADI
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

Trend-in xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, indiyə qədər 23 ölkə və 5 qurumdan 94 beynəlxalq müşahidəçi qeydə alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti