Bakı. Trend:
Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən səmərəli istifadə olunması səsvermə günü prosesləri əvvəldən axıradək fasiləsiz izləməyi, arasıkəsilmədən və geniş müşahidə aparmağı, şəffaflığın daha böyük miqyasda reallaşmasını təmin edir.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, müxtəlif aşkarlıq institutlarının seçkilərdə asan, rahat iştirakı və müşahidə baxımından Azərbaycan ən geniş imkanlar təqdim edən ölkələr sırasında birincilərdəndir.
Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.