...

Oracle Advisory Group exit-poll keçirərək tam şəffaf və obyektiv məlumatlar təqdim edib

Siyasət Materials 27 Avqust 2024 11:02 (UTC +04:00)
Oracle Advisory Group exit-poll keçirərək tam şəffaf və obyektiv məlumatlar təqdim edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın nüfuzlu Oracle Advisory Group təşkilatı 2013, 2018 və 2024-cü illərdə Prezident seçkilərində, 2015 və 2020-ci illərdə Parlament seçkilərində, 2016-cı ildə keçirilən Referendumda sosioloji sorğular və exit-poll keçirərək, tam şəffaf və obyektiv məlumatlar təqdim edib.

Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyasında yerli tərəfdaşı ilə birgə Azərbaycanda sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində Exit poll keçirmək məqsədi ilə qeydiyyatdan keçən qurum, seçkiöncəsi sosioloji sorğu aparıb.

Sorğu yerli respondentlər arasında cari ilin 29 iyul - 9 avqust tarixləri arasında 119 seçki dairəsinin 952 məntəqəsi ərazisində aparılıb.

Oracle Advisory Group təşkilatının mütəxəssisləri tərəfindən hazırlanmış sorğu canlı şəkildə, üzbəüz reallaşdırlıb. Sorğu iştirakçıları prosesin tam məxfi keçirildiyi barədə məlumatlandırıldığından, respondentlərin mövqeyi tamamilə şəffaf olub.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti