...

Azərbaycanda parlament seçkiləri bütün iştirakçılarının hüquq və azadlıqlarına riayət edilməklə keçirildi - Andrey Yatskin

Siyasət Materials 2 Sentyabr 2024 12:58 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri bütün iştirakçılarının hüquq və azadlıqlarına riayət edilməklə keçirildi - Andrey Yatskin
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda parlament seçkiləri ilk dəfə Azərbaycan Respublikasının bütün ərazisində, seçki hüququ və azadlığına riayət edilməklə, beynəlxalq prinsiplərə uyğun keçirildi.

Trend xəbər verir ki, bunu MDB PA-nın Monitorinq Qrupunun koordinatoru Andrey Yatskin brifinqdə bildirib.

Onun sözlərinə görə, yerli və beynəlxalq müşahidəçilərin öz səlahiyyətlərini həyata keçirməsi üçün Azərbaycanda bütün zəruri şərait yaradılıb.

"MDB Parlamentlərarası Assambleyasının əsas nəticəsi budur ki, müşahidəçilərimizin apardığı monitorinqin əsasında 1 sentyabr 2024-cü ildə baş tutan növbədənkənar parlament seçkilərinin ilk dəfə bütün ərazi üzrə keçirildiyini yekun nəticə olaraq bildirdik. Seçki prosesinin bütün iştirakçılarının hüquq və azadlıqları qorundu və beynəlxalq prinsiplərə uyğun oldu" - deyə o qeyd edib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.

Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti