...

Azərbaycan Rusiyanın xarici siyasətində getdikcə daha da əhəmiyyətli yer tutur - Leonid Slutski

Siyasət Materials 30 Sentyabr 2024 00:25 (UTC +04:00)
Azərbaycan Rusiyanın xarici siyasətində getdikcə daha da əhəmiyyətli yer tutur - Leonid Slutski
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycan Rusiyanın xarici siyasətində getdikcə daha da əhəmiyyətli yer tutur.

Bunu Trend BİA, CBC kanalı və AzTV dövlət televiziyasına müsahibəsində Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski deyib.

"Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin yalnız postsovet məkanı və qonşu ölkələrdə deyil, ümumiyyətlə ən etibarlı tərəfdaşlarından biridir. Azərbaycanda Rusiya kapitallı və Rusiya investisiyalı 1270 müəssisə fəaliyyət göstərir. İqtisadi əməkdaşlıq durmadan artır - ölkələrimiz arasında ticarət dövriyyəsi artıq 4,5 milyard ABŞ dollarına çatıb. Bu, böyük rəqəmdir, lakin mümkün ola biləcəkdən uzaqdır", - deyə, o bildirib.

Onun sözlərinə görə, ikitərəfli infrastruktur layihələrinin sayı da artır.

"O ki qaldı dünya siyasətinin gələcəyinə, beynəlxalq münasibətlər sisteminə və indi olduğumuz regiona, bizim ümumi cəhətlərimiz çoxdur. Əvvəla baxışımız, bunu Şuşada olarkən səsləndimək xüsusi əhəmiyyət kəsb edir, hər bir ölkə, onun xalqı, adət-ənənəsi, tarixi, mədəniyyəti, dini, milli dili, bütün bunların hər bir dövlət üçün ayrıca güc, təsir, qərar qəbul etmə qütbünə çevriləcək. Və hər bir suveren dövlət öz inkişafı ilə bağlı qərarları müstəqil qəbul edəcək", - deyə, L.Slutski qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti