...

Azərbaycan XİN Serbiyaya başsağlığı verdi

Siyasət Materials 2 Noyabr 2024 10:23 (UTC +04:00)
Azərbaycan XİN Serbiyaya başsağlığı verdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın Novi Sad şəhərində baş vermiş, faciəvi insan tələfatı və çoxlu sayda yaralı ilə nəticələnən dağıdıcı faciə bizi dərindən kədərləndirir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial "X" media hesabındakı paylaşımında bildirilib.

"Biz yaxınlarını itirənlərin ailələrinə, dost Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Serbiyanın Novi Sad şəhərindəki dəmiryolu vağzalında baş verən qəza nəticəsində 11 nəfər həyatını itirib, daha dörd nəfər xəsarət alıb.

Xatırladaq ki, 50 metr uzunluğunda şüşə, beton və metal konstruksiyalardan ibarət stansiya binasının tavanı ölkənin əhali baxımından ikinci ən böyük şəhəri olan Novi Sadda vağzal binasının üzərinə çöküb.

Baş verən faciə ilə əlaqədar ölkə prezidenti Aleksandar Vuçiç Novi Sad şəhərinə yola düşüb. Hökumət 2 noyabrı matəm günü elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti