Bakı. Trend:
Bələdiyyə seçkilərinin yanvar ayının 25-dən sonra keçirilməsi məqsədəuyğundur.
Trend xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, noyabrın axırında bələdiyyə seçkilərinin dəqiq tarixi elan ediləcək.
MSK sədri bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı seçki məntəqələrinin hazırlıq işləri ilə bağlı danışıb.
“Biz gərək tez bir zamanda dairə seçki komissiyalarını
formalaşdıraq.
Onlar da məntəqə seçki komissiyalarına müvafiq tapşırıqlar
versinlər. Yeni seçilən üzvlər üçün maarifləndirmə proqramı həyata
keçirək”, - o qeyd edib.