Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin noyabrın 9-na olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev "BBC News"a müsahibə verib.
- Cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Düşmənin bir gündə darmadağın edilən texnikalarının siyahısı açıqlanıb.
- Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilməsin videogörüntüsü yayılıb.
- Zəngilanın Bartaz qəsəbəsinin videogörüntüləri yayılıb. Şuşa istiqamətində düşmənin döyüş texnikaları məhv edilməsinin videogörüntüsü yayılıb.
- Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib. Cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilməsinin videogörüntüsü yayılıb.
- İşğaldan azad olunmuş Şuşa şəhərinin videogörüntüləri yayılıb.
- Xocavənd istiqamətində yaşayış evlərinin arasında gizlədilən "Tor-M2KM" ZRK darmadağın edilməsinin videogörüntüsü yayılıb. Cəbhənin Xocavənd istiqamətində düşmənin "Osa" ZRK-sı məhv edilməsinin videogörüntüsü yayılıb.
- Cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi məhv edilməsinin videogörüntüsü yayılıb.
- Bu gün azad olunan ərazilərin tam siyahısı.