...

BTQ ilə Vahid Sen Martin Assosiasiyası arasında Anlaşma Memorandumu imzalandı

Siyasət Materials 6 Dekabr 2024 16:13 (UTC +04:00)
BTQ ilə Vahid Sen Martin Assosiasiyası arasında Anlaşma Memorandumu imzalandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 6-da Bakı Təşəbbüs Qrupu ilə Vahid Sen Martin (“One Saint Martin”) Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və “One Saint Martin” Assosiasiyasının prezidenti Rhoda Arrindell imzalayıblar.

Bundan başqa, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altındakı Sen Martin adasına həsr edilmiş beynəlxalq konfrans çərçivəsində “Sen Martində - Dünya standartlarına uyğun təhsili necə əldə etmək olar” adlı kitabın təqdimatı olub.

Tədbirdə “One Saint Martin” təşkilatının prezidenti Rhoda Arrindell müəllifi olduğu nəşr haqqında geniş məlumat verib. Bildirib ki, kitab Sen Martində təhsilin mövcud vəziyyəti və inkişaf strategiyalarını əhatə edir. Nəşrdə dünya standartlarına uyğun təhsil sisteminin yaradılması üçün vacib addımlar qeyd olunub.

Rhoda Arrindell çıxışı zamanı həm Niderland, həm də ABŞ təhsil sistemində mövcud olan ciddi problemlərə də toxunub. O vurğulayıb ki, bu sistemlər əhalinin ehtiyaclarına tam cavab vermir, məktəblər növlərə ayrılır və şagirdlərin uğur səviyyəsi aşağıdır. Bu problemlər fonunda müəllif diqqəti bir sual üzərində cəmləşdirib: “Gələcəyin təhsili necə olmalıdır?” Müəllifin fikrincə, gələcək təhsil yalnız yaxşı qiymətlər almaq, məzun olmaq və iş tapmaq məqsədi daşımamalıdır. Təhsil sisteminin əsas məqsədi cəmiyyətin ümumi inkişafına töhfə vermək, hər bir fərdə potensialını reallaşdırmağa imkan vermək və daha yaxşı gələcək üçün hər kəsə bərabər şərait yaratmaq olmalıdır. Təhsil yalnız fərdi uğurlar üçün deyil, bütövlükdə cəmiyyətin inkişafı üçün təkmilləşdirilməlidir.

Xəbər lenti

Xəbər lenti