...

Suriyada sülhün və sabitliyin bərpa olunması mütləq dərəcədə vacibdir - Azərbaycan XİN

Siyasət Materials 10 Dekabr 2024 18:39 (UTC +04:00)
Suriyada sülhün və sabitliyin bərpa olunması mütləq dərəcədə vacibdir - Azərbaycan XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Suriyada son vəziyyətlə bağlı bəyanatında deyilir.

"Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına umidvar olduğunu bildirir", - bəyanatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti