...

Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirildi (FOTO)

Siyasət Materials 10 Fevral 2025 19:20 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirildi (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.

"Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik üzrə baş direktoru Azər Musayev və Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Qafqaz üzrə baş direktoru Mehmet Samsarın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmədə iştirak etdik.

Görüşdə ikitərəfli siyasi əlaqələr və beynəlxalq təşkilatlarda əməkdaşlığın inkişafı müzakirə edildi", - səfir qeyd edib.

Xəbər lenti

Xəbər lenti