Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp hərbi münaqişəyə cəlb edilməkdənsə, İranla razılaşmağa üstünlük verəcəyini deyib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Fox News" televiziya kanalına müsahibəsində bildirib.
"Hamı elə bilir ki, İsrail bizim köməyimizlə və ya razılığımızla [İranı] bombalayacaq. Mən belə olmamağı üstün tuturam. Mən İranla bizə [İranın nüvə obyektlərini] təftiş etmək, monitorinq etmək imkanı verəcək razılaşmaya üstünlük verərdim", - deyə o qeyd edib.
"İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz və onları [İran hakimiyyətini] dayandırmağın iki yolu var: bomba və ya kağız parçası ilə. Mən onlara zərər verməyəcək bir müqavilə bağlamağı üstün tuturam. Düşünürəm ki, onlar da bunu istərdilər", - deyə ABŞ prezidenti əlavə edib.