...

Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Siyasət Materials 11 Fevral 2025 18:33 (UTC +04:00)
Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Somali Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər lenti

Xəbər lenti