...

Prezident İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb

Siyasət Materials 12 Fevral 2025 10:16 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN telekanalına müsahibəsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb. Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.

Trend xəbər verir ki, dövlətimizin başçısı deyib ki, uzun illərdir danışıqların aktiv mərhələsində olmasına baxmayaraq, Azərbaycanın hələ də Ümumdünya Ticarət Təşkilatına üzv olmamasının səbəbi proteksionizm, ikili standartlar, tariflərdir. Bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir.

Azərbaycan iqtisadiyyatının özünü təmin etdiyini xatırladan Prezident İlham Əliyev bildirib ki, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz qəbul olunarsa, proses daha da rəvan gedər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti