...

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub (FOTO/VİDEO)

Siyasət Materials 12 Fevral 2025 11:18 (UTC +04:00)
Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub (FOTO/VİDEO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verdi.

Somali Federativ Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti