Bakı. Trend:
Türkiyə həmişə olduğu kimi Azərbaycanın yanındadır.
Trend xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan özünün "X" səhifəsində yazıb.
"İllər keçməsinə baxmayaraq ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm.
Türkiyə dünən və həmişə olduğu kimi Can Azərbaycanıın yanındadır", - o bildirib.