...

Dövlət orqanlarının rəhbərlərinə süni intellekt təlimləri keçiriləcək

Siyasət Materials 19 Mart 2025 13:23 (UTC +04:00)
Dövlət orqanlarının rəhbərlərinə süni intellekt təlimləri keçiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda müəyyən edilmiş prioritet sektorlar üzrə dövlət orqanlarının (qurumlarının) rəhbər heyəti üçün süni intellekt və data təlimləri təşkil ediləcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb.

Tədbirin əsas icraçı qurumu kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təyin edilib. Digər icraçılar Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətidir.

Təlimlərin icra müddəti 2026-2027-ci illəri əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti